Dünya futbolu

ÇL-in üçqat qalibinin yeni komandası açıqlandı

Tanınmış kosta-rikalı qapıçı Keylor Navas Argentina təmsilçisi “Nyuells Old Boyz” klubunu tərk edərək Meksikanın “Pumas” komandasına keçib.

Aut.az xəbər verir ki, bu barədə Argentina klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı qolkiperlə imzalanan müqavilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq. Transferin məbləği 1,6 milyon avro təşkil edib. Navasın “Pumas” azarkeşlərinə rəsmi təqdimatı avqustun 10-da keçiriləcək.

Qeyd edək ki, Keylor Navas “Nyuells Old Boyz” klubuna cəmi yarım il əvvəl, yanvar ayında keçmişdi. Bu müddətdə o, 16 oyunda meydana çıxıb, 11 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.

Təcrübəli qapıçı karyerası ərzində PSJ, “Nottinqem Forest”, “Levante”, “Albasete” və “Saprissa” kimi klublarda da çıxış edib. Onun ən parlaq dövrü Madrid “Real”ında keçib. 2014–2019-cu illərdə çıxış etdiyi “kral klubu” ilə 3 dəfə Çempionlar Liqasının qalibi olub.

Navas həmçinin Kosta-Rika yığmasının heyətində 114 oyunda forma geyinib.