Finişə çatandan sonra huşunu itirdi
“UnoX” komandasının norveçli sürücüsü Tobias Halland Yohannessen əfsanəvi Mont Ventoux dağının zirvəsində “Tour de France” yarışının 16-cı mərhələsini başa vurduqdan sonra huşunu itirib.
Aut.az xəbər verir ki, bu barədə TV2 məlumat yayıb.
Yohannessen üçün son iki kilometri olduqca çətin olub. Finişdən sonra o, huşunu itirib və süni nəfəs aparatına qoşulub. İdmançı təcili yardım maşını ilə finiş xəttini tərk edib.
Yohannessenin huşunu itirməsinin mədə problemlərindən qaynaqlandığ bildirilir. Bu da 25 yaşlı norveçlinin nəfəs almasını çətinləşdirən spazmlara səbəb olub.
Aut.az
