Basketbol

Cordan üçün bütün dövrlərin ən yaxşı basketbolçusu kimdir?

Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu Con Salli “Çikaqo Bulls” komandasının əfsanəvi oyunçu Maykl Cordanla söhbətini xatırladıb.

Aut.az xəbər verir ki, Cordan həmin söhbətdə kimi bütün zamanların ən yaxşı basketbolçusu hesab etdiyini açıqlayıb.

“Cordan Oskar Robertson dedi. O əlavə etdi ki, Oskar öz dövründə əsl kumir idi”, – Salli deyib.

Oskar Robertson 1971-ci ildə NBA çempionu olub. 1961-ci ildə ilin ən yaxşı, 1964-cü ildə liqanın ən dəyərli oyunçusu seçildi. Milli Basketbol Assosiasiyasının “All-Star” oyununda 12 dəfə oynayıb.

Aut.az