Konfrans Liqası

Konfrans Liqası: Kosovo klubundan qələbə

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Aut.az xəbər verir ki, birinci oyun günündə bir görüş baş tutub. Maltanın “Floriana” komandası səfərdə “Ballkani” (Kosovo) ilə üz-üzə gəlib. 6 qolun vurulduğu matç Kosovo təmsilçisinin qələbəsiylə başa çatıb – 4:2.