Dünya futbolu

İngilis həkimlər bu xəstəliyi futbolla müalicə edəcəklər

Qlosterşir qraflığında (İngiltərə) klinikalardan birində maraqlı eksperimentin aparılması qərara alınıb.

Aut.az xəbər verir ki, klinikada futbol matçlarına getməyi depressiyaya çarə kimi istifadə etməyə çalışacaqlar.

Bu barədə “The Sun” məlumat yayıb. İngilis həkimləri tərəfindən yazılmış antidepresan reseptlərinin sayı son illərdə kəskin şəkildə artıb. Qlosterşirdə antidepresanlardan asılı vəziyyətə düşən xəstələrə İngiltərə futbolunun ən güclü dördüncü liqasında çıxış edən yerli “Forest Green Rovers” komandasının oyununa pulsuz biletlər veriləcək.

Bu fikir 61 yaşlı həkim Saymon Oferə məxsusdur.

Ofer, “Futbolu izləmək sizə yerli ictimaiyyətə aidiyyət hissi verir. Düşünürəm ki, cəmiyyətimizdəki ən böyük problemlərdən biri sosial izolyasiyadır. Futbol sizə sosiallaşmanıza, emosiyalar almağa, özünüzü gündəlik həyatdan çıxarmağa və başqa bir şey yaşamağa kömək edir” deyib.

Aut.az