Digər

Azərbaycan taekvondoçusu erməni rəqibinə qalib gəlib

Azərbaycan taekvondoçusu Mehdi Budaqlı Avropa Gənclər Yay Olimpiya Festivalında ermənistanlı rəqibinə qalib gəlib.

Aut.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib. Təmsilçimiz 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.

Budaqlının 1/8 finaldakı rəqibi türkiyəli Altuq Keske olacaq.