Futzal

“Araz-Naxçıvan”da yeni təyinat – FOTO

“Araz-Naxçıvan” Futzal Klubunda yeni təyinat reallaşıb.

Aut.az-ın məlumatına görə, Naxçıvan təmsilçisinin yeni baş məşqçisi Yevgenu Kukseviçə köməkçi təyin olunub. Bu vəzifəyə klubun və Azərbaycan milli komandasının sabiq futzalçısı Rəcəb Fərəczadə gətirilib.

Qeyd edək ki, azərbaycanlı mütəxəssis son olaraq minifutbol üzrə U-23 millisinin baş məşqçisi olub.

Aut.az

“Araz-Naxçıvan”da yeni təyinat - FOTO