“Fənərbağça” Mahmutoğlu ilə müqaviləni uzatdı
“Fənərbağça” kapitanı Melih Mahmutoğlu ilə müqaviləni 1 illik uzadıb.
Aut.az xəbər verir ki, bu barədə Türkiyə komandasının mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd edək ki, qarşıdan gələn mövsüm basketbolçu üçün “Fənərbağça”nın heyətində 13-cü olacaq. Mahmutoğlu bütün klub oyunçuları arasında bu göstəriciyə görə liderdir.
Yada salaq ki, başa çatan Avroliqa mövsümündə məşhur litvalı məşqçi Sarunas Jasikeviçiusun rəhbərliyi altında “Fənərbaxça” tarixində ikinci dəfə çempion olub.
Aut.az
