Boks

Ukraynalı boksçu müharibədə həlak oldu

Gənc ukraynalı boksçu Yuri Yeqorov Rusiya ilə müharibədə həlak olub.

Aut.az xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançı bu il iyulun 11-də hərbi əməliyyatlar zamanı həlak olub. O, Ukrayna Milli Qvardiyasının “Azov” briqadasının kəşfiyyatçı döyüşçüsü olub. 2022-ci il fevralın sonlarında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra o, könüllü olaraq cəbhəyə gedib.

Yeqorov 2004-cü ildə Jitomir vilayətinin Volodarsk-Volınski rayonunun Rıjanı kəndində anadan olub. Jitomir vilayətinin boks komandasının üzvü idi.

Aut.az