Trampa görə dünyanın ən yaxşı futbolçusu kimdir?
ABŞ prezidenti Donald Tramp kimləri tarixin ən yaxşı futbolçusu hesab etdiyini bildirib.
Aut.az xəbər verir ki, Trampın sözlərini “beIN Sports” sitat gətirib.
“Uzun illər əvvəl, mən gənc olanda “Kosmos”da (Nyu York Kosmos) oynayan Pele adlı bir futbolçu var idi. Yaşımı açıqlamaq istəmirəm, amma çoxdan idi.
Onun oyununu görməyə getdim və o, əla idi. Mən köhnə fikirli görünə bilərəm, amma deyərdim ki, Pele mənim düşündüyüm oyunçudur”, – Tramp deyib.
Aut.az
