Qaydasız döyüş

Hacıyev gürcünü tarixin ən yaxşısı elan edəcək: Bu döyüşdə qalib gəlsə

Tanınmış rusiyalı promouter Kamil Hacıyev UFC ulduzları İslam Mahaçevlə gürcüstanlı İliya Topuriya arasında ola biləcək döyüş haqda danışıb.

Aut.az xəbər verir ki, Hacıyev bu barədə “YouTube” kanalında bildirib.

“Əgər Topuriya 77 kq çəki dərəcəsində İslama qalib gəlsə, mən şəxsən onu MMA tarixində ən böyük döyüşçü elan edəcəm”, – Hacıyev bildirib.

İliya Topuriyanın 28 yaşı var. Gürcü döyüşçü 2020-ci ildən UFC-də mübarizə aparır. 2024-cü ilin fevralında UFC 298 turnirində avstraliyalı Aleks Volkanovskini nokaut edərək yüngül çəkidə çempion oldu (65 kq-a qədər), bundan sonra bir dəfə titulunu müdafiə edərək amerikalı Maks Holloveyi vaxtından əvvəl dayandırdı. İyun ayında UFC 317-də keçirdiyi son döyüşdə o, braziliyalı Çarlz Oliveyranı nokaut edərək yüngül çəkidə (70 kq-a qədər) titul qazandı.

Aut.az