Kateqoriyasız

AFFA Azərbaycan millisinin sabiq üzvünə vəzifə verdi

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış veteran futbolçu Bəxtiyar Musayevə AFFA-da vəzifə verilib.

Aut.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, B.Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.

Aut.az