Azərbaycan futbolu

“Araz-Naxçıvan”ın planı dəyişdi

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.

Aut.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komanda bu gün daha bir oyun keçirəcək. “Qırmızı-ağlar” saat 18:30-da Super Liqa təmsilçisi “Konyaspor”la üz-üzə gələcək.

Komanda toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.