“Araz-Naxçıvan” Superliqa klubuna uduzdu
“Araz-Naxçıvan” Türkiyədə təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoldaşlıq oyunu keçirib.
Aut.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Türkiyə Superliqası təmsilçisi “Konyaspor”la qarşılaşıb. Ərzurumda baş tutan matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qırmızı-ağlar”ın heyətində Ramon maçado fərqlənib.
Komanda növbəti oyununu iyulun 17-də “Trabzonspor”a qarşı keçirəcək.
