Azərbaycan futbolu

“İmişli” braziliyalı ilə müqavilə imzaladı – RƏSMİ

“İmişli” Dioqo Vaskes Rollonu komandada saxlayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klubu braziliyalı mərkəz müdafiəçisinin müqavilə müddətini artırıb.

Onunla 2 illik müqavilə imzalanıb.

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Rollonun komandada qalmasını istəyib.

Bundan əvvəl Premyer Liqa klubu Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev və İmam Əlini heyətinə qatıb.