Basketbol

ABŞ-ın tələbi ilə Fransada saxlanılan rusiyalı basketbolçunun vəkili danışdı

Fransada saxlanılan rusiyalı basketbolçu Daniil Kasatkinin vəkili Vladimir Saruxanov müvəkkilinin haker qrupunun fəaliyyətində iştirak etmədiyini bildirib.

Aut.az xəbər verir ki, iyunun 21-də rusiyalı ABŞ-ın tələbi ilə Şarl de Qoll hava limanında kibercinayətlərdə iştirakda şübhəli bilinərək saxlanılıb. 26 yaşlı Kasatkin ittihamları rədd edir. Basketbolçu həbsdədir və ABŞ-a ekstradisiya ilə üzləşib.

“Mən alibi, sənədlər toplayıram, onun hər hansı haker hücumlarında iştirak edə biləcəyini inkar edirik. Danil basketbolla yaşayırdı, o, gecə-gündüz basketbolla məşğul olurdu. Son beş-altı il ərzində belə olub”, – Saruxanov RT-yə deyib .

Vəkilin sözlərinə görə, Kasatkinin əhval-ruhiyyəsi yaxşıdır, anasına, nişanlısına və vəkilinə zəng edə bilər.

“Mən narahat idim ki, amerikalılar onu alver predmetinə çevirəcəklər”, – Saruxanov deyib.

Aut.az