“Nyukasl” yayın bahalı transferlərindən birini edəcək
“Nottingem Forest”in isveçli cinah oyunçusu Antoni Elanqa yaxın günlərdə “Nyukasl Yunayted” klubuna transfer olunacaq.
Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbəyə əsasən, 23 yaşlı futbolçunun transfer qiyməti 55 milyon funt sterlinq təşkil edəcək. Bu məbləğ Elanqanın yay transfer pəncərəsindəki ən bahalı keçidlərdən biri olmasına səbəb olacaq.
2024/25 mövsümündə Elanqa klub səviyyəsində 43 oyuna çıxaraq 6 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” onun dəyərini hazırda 42 milyon avro olaraq qiymətləndirir. Qeyd edək ki, o, “Mançester Yunayted”in yetirməsidir.
Aut.az
