Komediyaçı onun saçından danışdı: Məktəbli qıza oxşayır
Amerikalı stend-up komediyaçısı, impressionist və aktyor Aries Spirs son illərdə başında keçəllik ləkəsi müşahidə edilən NBA ulduzu Kevin Dürantın saç düzümü haqqında danışıb.
Aut.az xəbər verir ki, komediyaçı bu barədə “Spirs Vlad TV”-də deyib.
“Kevin Duranta onunla hər yerə gedən bərbər lazımdır. Onun saçları Zimbabvedən olan 15 yaşlı məktəbli qıza bənzəyir.
Saç transplantasiyası ilə məşğul olmalıdır? Yox, qoy keçəl gəzsin, buna dəyməz.
O, belə şeylərə laqeyddir? Düşünürəm ki, insanların Kevin Durantın sevdiyi şeylərdən biri də budur. Onun belə bir rəftarı var: “Mən heç nəyə əhəmiyyət vermirəm”. O, tribunalarda azarkeşlərə cavab verir, “X” sosial şəbəkəsində insanlarla mübahisə edir”, – komediyaçı deyib.
Aut.az
