Digər

Azərbaycan yığması Çexiyada toplanışa qatıldı

Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Aut.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir.

Üç gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.