İtaliya

Ançelotti “Qızıl top”a layiq olan, lakin onu ala bilməyən oyunçunun adını çəkdi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Qızıl top”u qazanmalı olub, amma bu mükafata layiq görülməyən futbolçunun adını açıqlayıb.

Aut.az xəbər verir ki, o, “Milan”da birgə çalışdığı Paolo Maldini mükafatı haqq etdiyini bildirib:

“Paolo Maldini karyerası ərzində “Qızıl top”a layiq idi, lakin onu ala bilməməsinin yeganə səbəbi italyan müdafiəçi olması idi”.

Qeyd edək ki, Paolo Maldini futbolçu kimi bütün karyerasını 1984–2009-cu illər aralığında “Milan”da keçirib.

Aut.az