Foden boksçu dostuna görün necə dəstək olur: Onun sayəsində… – FOTOLAR
“Mançester Siti”nin və İngiltərə millisinin ulduzu Fil Foden dostu və bir vaxtlar balıqçılıq üzrə rəqibi olan Nial Braunun peşəkar boksda çıxışını dəstəkləyir.
Aut.az xəbər verir ki, onlar birlikdə Stokportda böyüyüblər və idmanla yanaşı balıqçılığa da böyük maraq göstəriblər.
4 yaşında “Siti” akademiyasına cəlb olunan Foden hazırda həftədə 225 min funt sterlinq qazanır, amma sadə həyat tərzindən vaz keçməyib və maliyyə baxımından Braunun yanında olub. Onun dəstəyi ilə boksçu yerli turnirlərdən çıxaraq “Manchester Arena”da böyük bir gecədə döyüşmək imkanı əldə edib.
“Uşaqlıqdan dostuq. Fil hər zaman mənim necə çalışdığımı görüb və illərdir məni dəstəkləyir. Həm təlim-məşq toplanışlarımı maliyyələşdirir, həm də mənəvi olaraq yanımda olur”, – deyə Braun bildirib.
Onun sözlərinə görə, Foden hələ də balıqçılıq həvəskarıdır və futboldan kənarda sakit həyat yaşayır.
“Tez-tez görüşə bilmirik. Daim məşq, pəhriz rejimindəyik. Amma bir-birimizi başa düşürük. Onun bu qədər uğurlu olduğunu görmək məni sevindirir”, – deyə boksçu əlavə edib.
Fodenin dəstəyindən başqa, Nial Brauna başqa şirkətlər də sponsorluq edir.
Aut.az




