O olmasaydı, Həbib ulduza çevrilməzdi – İDDİA
İki çəki dərəcəsində keçmiş UFC çempionu, “Şöhrət Zalı”nın üzvü amerikalı Daniel Kormier iki çəki dərəcəsində digər keçmiş çempion Konor Makqreqora münasibətindən danışıb.
Aut.az xəbər verir ki, Kormier bu barədə “Pound4Pound”da deyib.
“Bir çox insan soruşur: niyə mənim Konorla yaxşı münasibətim var? Bunun bir hissəsi də Həbib və Konor arasındakı münasibətə görədir. Mən Makqreqora Həbibi “yaradan” oğlan kimi hörmət edirəm və yüksək qiymətləndirirəm. Konor olmasaydı, Həbib dünya səviyyəli ulduza çevrilməzdi.
Düşünürəm ki, Topuriya və Mahaçev də bir-biri üçün belə ola bilərlər. Bir-birinizi bəyənməsəniz belə, növbəti səviyyəyə keçmək üçün bir-birinizə ehtiyacınız var. Mən Makqreqora Həbibə kömək etdiyinə görə çox təşəkkür edirəm. Döyüşdən əvvəl Həbib MMA səviyyəsində ulduz deyildi. Makqreqoru məğlub etdikdən sonra o, dünya səviyyəli ulduza çevrildi”, – Kormier deyib.
Aut.az
