İspaniya

23 yaşlı futbolçu faciəli şəkildə öldü

“Las Palmas”ın futbolçusu Zeben Ramos avtomobil qəzasında aldığı xəsarətlər səbəbindən 23 yaşında dünyasını dəyişib.

Aut.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumatyayıb.

Ramos müdafiəçi kimi çıxış edib və “Las Palmas”ın gənclər komandasında oynayıb. İyunun 9-da Arukas ştatının Las Palmas əyalətində onu avtomobil vurub. İdmançı başından ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faciədən bir neçə saat əvvəl Ramos klubla müqaviləsini uzatmağa razılaşıb.

Aut.az