Tibbi müayinədən keçdi: Bu klubla müqavilə imzalayacaq
“Lion”un hücumçusu Aleksandr Lakazett Səudiyyə Ərəbistanının “Neom” klubu ilə müqavilə imzalamağa yaxındır.
Aut.az xəbər verir ki, 34 yaşlı fransız forvard bu yay “Lion”la müqaviləsinin başa çatmasının ardından azad agentə çevrilib.
“L’Équipe”in məlumatına görə, Lakazett artıq Səudiyyə Pro Liqasına yüksəlmiş “Neom” klubu ilə 2 illik müqavilə üçün tam razılığa gəlib və tibbi müayinədən uğurla keçib.
Aleksandr Lakazett “Lion”un heyətində iki fərqli dövrdə çıxış edərək ümumilikdə 201 qol vurub və klub tarixinin ən yaxşı ikinci bombardiri hesab olunur.
Qeyd edək ki, o, karyerası ərzində “Arsenal”da çıxış edib.
Aut.az
