Ronaldonun məvacibi açıqlandı: Rekord məbləğ
“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldonun maaşı açıqlanıb.
Aut.az xəbər verir ki, daha əvvəl məlum olmuşdu ki, 40 yaşlı portuqaliyalı Səudiyyə klubu ilə müqaviləsini uzadıb. Ronaldonun klubla yeni müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Jurnalist Tankredi Palmerinin sözlərinə görə, yeni müqaviləyə əsasən, Ronaldo futbolda illik rekord – 263 milyon avro qazanacaq.
O, həmçinin illik maaşına görə ən çox maaş alan 11 futbolçunun adını açıqlayıb:
Ronaldo (“Əl-Nəsr”) – 263 milyon avro
Kərim Benzema (“Əl-İttihad”) – 200 milyon
Lionel Messi (“İnter Mayami”) – 200 milyon
Kilian Mbappe (“Real”) – 77,5 milyon
Sadio Mane (“Əl-Nəsr”) – 41 milyon
Marselo Brozoviç (“Əl-Nəsr”) – 33
Erlinq Haaland (“Mançester Siti”) – 30
Riyad Mahrez (“Əl-Əhli”) – 30
N’Qolo Kante (“Əl İttihad”) – 25
Kalidu Kulibali (“Əl-Hilal”) – 25
İvan Touni (“Əl Əhli”) – 25
Aut.az
