Basketbol

Azərbaycan millisi Qazaxıstanda çempion oldu

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atırau şəhərində keçirilmiş “Airom Cup” beynəlxalq turnirində çempion olub.

Aut.az xəbər verir ki, U-16 yarışın son oyunlarında Qazaxıstanın “Barsy Atrau” klubunu 68:32, Rusiyanın “MBU Volqoqrad” komandasını isə 58:47 hesabı ilə üstələyib.

Milli komanda çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıb.