Messi Peleyə yaxınlaşdı
Klublararası dünya şempionatının 2-ci turunda ABŞ təmsilçisi “İnter Mayami” Portuqaliyanın “Porto” klubunu 2:1 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, qarşılaşmanın taleyini Lionel Messi həll edib. O, cərimə zərbəsindən dəqiq və gözəl qolla komandasına qələbə qazandırıb.
Bu, Messinin karyerasında cərimə zərbəsindən vurduğu 68-ci qol olub. Bu göstəricidə o, yalnız iki futbolçudan geri qalır: Pele (70 qol) və Juninyo Pernambukano (77 qol).
Aut.az
