Digər

Məşhur reper mərc oyununda 8 milyon uduzub

Kanadalı reper Dreyk yenə mərc oyununda külli miqdarda uduzub.

Aut.az xəbər verir ki, reper son bir ayda təxminən 8 milyon dollar itirib. 38 yaşlı sənətçi bu barədə “İnstaqram Stories”də qumarbaz həyatının reallıqlarını paylaşaraq məlumat verib.

“Qumarın mənfi tərəfini paylaşmalıyam… Hazırda uduzuram.  Ümid edirəm ki, tezliklə böyük bir qələbə qazana bilərəm”, – deyə Dreyk yazıb.

Bununla belə, reper təslim olmur və mərc etməyə davam edir. Cümə axşamı günü baş tutacaq “İndiana” – “Oklahoma” arasında NBA finalının 6-cı oyununda Dreyk 800.000 dollarlıq iki mərc edib.

Onlardan biri 912 000 dollar potensial ödənişlə 200 000 dollarlıq mərc olub. Reper “Thunder”in 6-10 xal fərqlə qalib gələcəyinə dair mərc edib. Amma yenə də uduzub.

Aut.az