Dünya cempionatı

KDÇ: “İnter Mayami” ilk qələbəsini qazandı

Klublararası Dünya Çempionatında qrup mərhələsinin II turuna start verilib.

Aut.az xəbər verir ki, A qrupunda “Palmeyras” “Əl Əhli”ni məğlub edib. “İnter Mayami”nin rəqibi isə “Portu” olub. İlk hissəni portuqallar öndə bitirsə də, ABŞ təmsilçisi fasilədən sonra geridönüş edərək qələbə qazanıb.

B qrupunda isə “Atletiko” “Sietl Saunders”, PSJ isə “Botafoqo” ilə üz-üzə gələcək.

Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, II tur

19 iyun

A qrupu

Palmeyras – Əl Əhli 2:0
Qollar: V.Abu Ali, 49 (avtoqol), X.Lopes, 59

İnter Mayami – Portu 2:1
Qollar: T.Seqovia, 47, L.Messi, 54 – Samu, 8 (pen.)

Xal durumu: Palmeyras – 3, İnter Mayami – 3, Əl Əhli – 1, Portu – 1

B qrupu

02:00 Sietl Saunders – Atletiko
05:00 PSJ – Botafoqo

Xal durumu: PSJ – 3, Botafoqo – 3, Sietl Saunders – 0, Atletiko – 0