Dünya futbolu

Fransa nəhəngi rusdan yaxa qurtarmaq istəyir

“Monako rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovindən yaxa qurtarmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Klub rusiyalını satışa çıxarıb. Heyəti yeniləmək üçün pula ehtiyac olduğu bildirilir. Hələlik Qolovini almaq üçün təklif göndərən olmayıb.

Qolovin ötən mövsüm “Monako”nun heyətində 29 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. O, ayağından aldığı zədə səbəbindən mövsümü erkən bitirmək məcburiyyətində qalıb.

2024-cü ilin oktyabrında Qolovin klubu ilə müqaviləsini 2029-cu ilə qədər uzadıb. O, 2018-ci ildən “Monako”da çıxış edir. Bundan əvvəl yarımmüdafiəçi Moskva ÇSKA-sında çıxış edib.

Aut.az