Azərbaycan futbolu

Azərbaycan millisinin heyəti açıqlandı

Futbol üzrə Azərbaycanın qadınlardan ibarət millisinin heyəti açıqlanıb.

Aut.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv iyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək.

Komanda hazırlıq müddətində yerli yığma ilə iki yoldaşlıq oyunu keçirəcək. İlk görüş iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda, ikinci qarşılaşma isə iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.

AD/SOYAD KLUB
1 Aytac Şərifova Hakkarigücü (Türkiyə)
2 Nərgiz Əliyeva Fatih Vətən (Türkiyə)
3 Mehriban Şahməmmədova Neftçi
4 Nigar Mirzəliyeva Zenit (Rusiya)
5 Manə Mollayeva Neftçi
6 Fidan Cəfərova Neftçi
7 Kamilla Məmmədova Yelimay (Qazaxıstan)
8 Firəngiz Teymurova Neftçi
9 Coşqunə Əliyeva Neftçi
10 Sevinc Cəfərzadə Krasnodar (Rusiya)
11 Ayşən Əhmədova Ünyespor (Türkiyə)
12 Alina Dorofeyeva Rubin (Kazan, Rusiya)
13 Ayşən Salamzadə Neftçi
14 Alina Nəhmədova Neftçi
15 Aysun Muradova Gölbaşı Bələdiyə Spor (Türkiyə)
16 Peritan Bozdağ Fatih Vətən (Türkiyə)
17 Xanım Əsədova Neftçi
18 Vüsalə Seyfəddinova Neftçi
19 Milana Rəhimova Ünyespor (Türkiyə)
20 Röya Əliyeva Sumqayıt
21 Nərgiz Hacıyeva Aktobe (Qazaxıstan)
22 Nazlıcan Parlak Qalatasaray (Türkiyə)
23 Vüsalə Hacıyeva Dirçəliş