İspaniya

O, həm də yaxşı oxuyurmuş: “Barsa”nın ulduzu səhnəni silkələdi – VİDEO

Rafinya “Barselona” ilə uğurlu 2024/25 mövsümündən sonra tətilə çıxıb.

Aut.az xəbər verir ki, futbolçunun meydandan kənarda istedadını nümayiş etdirən video çarx internetdə yayılıb. Peşəkar ifaçı ilə duet oxuyan Rafinya səhnəni silkələyib.

Braziliyalı cinah oyunçusu 2024/25 mövsümündə “Barsa”nın heyətində bütün yarışlarda 34 qol vurub və 25 məhsuldar ötürmə edib.