KDÇ-2025: Avropa nəhəngləri üz-üzə – YENİLƏNİR
ABŞ-də keçirilən KDÇ-2025-də ilk turun oyunları davam edir.
Aut.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma keçiriləcək.
İlk matçda C qrupunda yer alan Almaniya nəhəngi “Bavariya” Yeni Zelandiyanın “Oklend Siti” klubu ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.
İkinci görüşdə Avropa derbisi yaşanacaq. B qrupunda yer alan nəhənglər – Frsansa PSJ-si və İspaniya “Atletiko”su münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunun start fiti 23:00-da veriləcək.
Digər 2 qarşılaşma gecə saatlarında reallaşacaq. Əvvəlcə A qrupunun sakinləri – Braziliya klubu “Palmeyras” və Portuqaliyanın köklü klubu “Porto” üz-üzə gələcəklər. Qarşılaşma 02:00-da başlayacaq.
B qrupunun digər iştirakçıları olan Braziliyanın “Botafoqo” klubu və yerli “Sietl”lə üz-üzə gələcək. Bu matç isə 06:00-da keçiriləcək.
KDÇ-2025, 1-ci tur
A qrupu
16 iyul – 02:00 Palmeyras – Porto
B qrupu
15 iyul – 23:00 PSJ – Atletiko
16 iyul – 06:00 Botafoqo – Sietl
C qrupu
15 iyul – 20:00 Bavariya – Oklend Siti
