Azərbaycan futbolu

Cəlal Hüseynov Bolqarıstana qayıtdı

“Şamaxı” icarə müddəti başa çatan Cəlal Hüseynovla yollarını ayırıb.

Aut.az xəbər verir ki, bölgə təmsilçisindən verilən məlumata görə, müdafiəçi məxsus olduğu Bolqarıstanın “Arda” klubuna qayıdıb.

Qeyd edək ki, C.Hüseynov ötən mövsümün yarısından “Şamaxı”da çıxış edirdi.