Digər

Əfsanə karyerasını bitirəcəyi tarixi açıqladı: Özünə bu qədər vaxt verdi

Snukerin əfsanəsi Ronni O’Sullivan gələcəklə bağlı planlarını açıqlayıb.

Aut.az xəbər verir ki, o, daha iki il oynamağı planlaşdırdığını bildirib.

“Mən özümə iki il vaxt verəcəm. Daha sərgi matçları və ya masada diqqəti yayındıran şeylər olmayacaq.

Səudiyyə Ərəbistanındakı akademiyaya kömək edəcəyəm, orada gördüyüm işi sevirəm və ümid edirəm ki, Böyük Britaniyada da buna bənzər bir şey edə bilərik, çünki mənim əsl sevgim   insanlara kömək etməkdir. Bu, mənə başqa insanlardan öyrənməyə kömək edir”, – idmançı deyib.

Aut.az