Messi əvəzlənməzdən əvvəl Skaloniyə nə deyib?
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsinin 16-cı turunda Kolumbiya ilə keçirilən oyunun sonunda (1:1) Lionel Messinin əvəzlənməsi haqda danışıb. Messi 78-ci dəqiqədə əvəzlənib.
Aut.az xəbər verir ki, mütəxəssis əvəzlənməsini Messinin özünün istədiyini bildirib.
“Onu dəyişmirdik. Amma dəyişikliyə hazırlaşdığımızı görəndə, özünün getməyinin daha yaxşı olduğunu dedi. Mənə bunu deməsəydi, onu çıxarmazdım”, – Skaloni deyib.
Kolumbiyanın hücumçusu Luis Dias 24-cü dəqiqədə fərqlənib. Argentinalı yarımmüdafiəçi Tiaqo Almada 81-ci dəqiqədə hesabı bərabərləşdirib. Argentina Entso Fernandesin meydandan qovulmasından sonra 71-ci dəqiqədən azlıqda oynayıb.
Aut.az
