“Siti” onun transferini açıqladı
“Mançester Siti” rəsmi saytında “Çelsi”dən 33 yaşlı qapıçı Markus Bettinellini transfer etdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, ingilis qapıçı ilə müqavilə 1 illikdir. Bettinelli Klublararası Dünya Kubokunda iştirak etmək üçün komandaya qoşulacaq.
“Mançester Siti ilə müqavilə imzalamaq mənim üçün böyük şərəfdir. Pep Qvardiola gələndən bəri klubun əldə etdiyi nailiyyətlərə heyran oldum və bu uğurun artırılmasında iştirak etməkdən məmnunam.
Ümid edirəm ki, məşqdə, paltardəyişmə otağında və meydanda öz töhfəmi verə biləcəyəm və növbəti mövsüm mümkün qədər çox kubok qazana biləcəyik”, – Bettinelli bildirib.
Bettinelli 2021-ci ilin yayından “Çelsi”də çıxış edir. Bu müddət ərzində o, bir oyun keçirib.
“Transfermarkt” portalında verilən məlumata görə, 33 yaşlı futbolçunun bazar dəyəri 600 min avrodur.
Aut.az
