Dünya futboluAzərbaycan futbolu

“Qarabağ”ın qapıçısı Polşa millisinin baş məşqçisinə lazım olmadı

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasının heyətindən kənarlaşdırılıb.

Aut.az xəbər verir ki, baş məşqçi Mixail Probej 24 yaşlı qolkiperi DÇ-2026-nın Finlandiya ilə matçının heyətinə daxil etməyib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Azərbaycan çempionunun qolkiperi 23 nəfərlik heyətdən kənarda qalıb.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ”da çıxış edir.