Ronaldo finalda zədəli halda oynayıb?
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo İspaniya ilə Millətlər Liqasının finalında (2:2 pen 5:3) zədələnməsindən danışıb.
Aut.az xəbər verir ki, 88-ci dəqiqədə məcburiyyətdən əvəzlənən futbolçu bunları deyib:
“Artıq isinmə zamanı narahatlıq hiss edirdim, bu, bir müddətdir davam edirdi. Amma milli komanda naminə ayağımı sındırmalı olsaydım, bunu edərdim. Bu titul uğrunda oyundur, oynamalı idim. Bütün gücümü sərf etdim, bacardığım qədər irəlilədim. Və komandama qol vuraraq kömək etdim”.
Aut.az
