Azərbaycan-Monteneqro oyunundan sonra kütləvi dava – VİDEO
Azərbaycanın U-21 millisinin oyunundan sonra kütləvi dava baş verib.
Aut.az Oxu.az-a istinadla xəbər verir ki, Monteneqro ilə keçirilən yoxlama oyunundan sonra futbolçular arasında insident yaşanıb.
Qarşıdurma zamanı rəqib komandanın kapitanı Viktor Cukanoviç intizamsız davranışı ilə seçilib. O, meydan sahiblərinin futbolçusu Emin Rüstəmovun boğazından tutaraq itələyib.
Bu hadisə qısa zamanda kütləvi davaya çevrilib. Tərəfləri sakitləşdirmək böyük çətinliklə mümkün olub.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Aut.az
