İtaliya

“Milan” rəhbərliyinə xəbər çatdırdı: Bu kluba keçmək istəyir

Mayk Menyan “Milanı” tərk etmək istəyir.

Aut.az xəbər verir ki, jurnalist Ben Ceykobsun məlumatına görə,  qapıçı “Çelsi” yə keçmək arzusunu kluba bildirib.

London klubunun Klublararası Dünya Çempionatı öncəsi fransalı futbolçu ilə müqavilə imzalamaq üçün tezliklə təklif göndərəcəyi gözlənilir.

Ancaq “Milan” 20-25 milyon funt sterlinq istədiyi və tələblərini azaltmağı planlaşdırmadığı üçün transferin baş tutacağına heç bir zəmanət yoxdur.

Aut.az