Azərbaycan futbolu

Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Aut.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə dünya çempionu olması ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.