İspaniyaDünya futbolu

Modriç bu kluba keçməyə razılıq verib?

Luka Modriç “Milan”la bir illik müqavilə imzalaya bilər.

Aut.az xəbər verir ki, “La Repubblica” nın məlumatına görə, 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi “Real Madrid”dən Milan klubuna keçməyə razılaşıb. Tərəflər fəal danışıqlar aparır.

Jurnalist Mario Korteqana bu məlumatı təkzib edib. Onun sözlərinə görə, Modriçə müxtəlif klublardan bir neçə təklif var, Luka hələ yekun qərar verməyib.

Bu mövsüm yarımmüdafiəçi La Liqada 35 oyun keçirib və 6 məhsuldar ötürmə edib.

Aut.az