Maks Rassellə insidentə görə üzr istəyib
“Red Bull”un baş məşqçisi Kristian Horner komandanın İspaniya Qran Prisindəki çıxışına yekun vurub.
Aut.az xəbər verir ki, Horner bu barədə sosial şəbəkədə yazıb.
“Biz Barselonanı məyus halda tərk edirik, çünki daha yaxşı nəticə əldə edə bilmədik. Üç pit-stopla hücum etdik, bu, ən yaxşı strategiya idi. Üç pit-stop olmasaydı, Landoya yaxınlaşa bilməzdik.
Təhlükəsizlik maşını səhv vaxtda gəldi və bizim seçimimiz var idi – köhnə təkərlərdə qalmaq və ya yeni sərt təkərlərlə risk etmək. Geriyə baxmaq həmişə asandır, lakin o zaman ən yaxşı qərarı biz vermişik. Nəticə məyus etdi, gözləyirdik ki, Maks asanlıqla podiuma qalxacaq və yaxşı xallar qazanacaq. Brifinqdə Maks Rassellə baş verən hadisəyə görə üzr istədi”, – Horner yazıb.
Aut.az
