İtaliya

İndzaqi “İnter”dən ayrıldı – Rəsmi

Simone İndzagi “İnter”in baş məşqçi postunu tərk edib.

Aut.az xəbər verir ki, bu barədə “neradzurri”nin rəsmi saytı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Mütəxəssis 2021-ci ildən komandada çalışıb. Bu müddət ərzində o, İtaliya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb, üç dəfə ölkə Superkubokunu qazanıb, həmçinin iki dəfə komanda ilə Çempionlar Liqasının finalına çıxıb.

2024/2025 mövsümünün sonunda “İnter” 81 xal toplayaraq A Seriyasının turnir cədvəlini ikinci pillədə başa vurub. İtaliya kubokunda komanda yarımfinala yüksəlib, İtaliya Superkuboku və Çempionlar Liqasında isə “neradzurri” finalda məğlub olub.

Aut.az