Bloxin “Qızıl top”u bu 3 futbolçudan birinə verərdi
Kiyev “Dinamo”sunun əfsanəsi Oleq Bloxin hesab edir ki, “Qızıl top” bu il İspaniya çempionluğunu və kubokunu qazanan “Barselona”nın oyunçularından birinə verilməlidir.
Aut.az xəbər verir ki, Bloxinin sözlərini Ukrayna mətbuatı siata gətirib.
“Qızıl top”un üç favoritinin adını çəkə bilərəm. Onların hamısı “Barselona”nın oyunçularıdır: Pedri, Rafinya, Yamal. Mən “Qızıl top”u digər oyunçuların heç birinə verməzdim”, – Bloxin deyib.
Bloxin həmçinin hesab edir ki, hazırda Ukraynada futbolun ən nüfuzlu fərdi mükafatı uğrunda mübarizə apara biləcək futbolçular yoxdur.
“Hələ üfüqdə heç nə yoxdur. Ola bilsin ki, hazırda xaricdə oynayan gənclərdən biri səs-küy salsın.
Bilirsiniz, əgər Kuboklar Kubokunu qazandığımız zamankı kimi klubda və nəticə göstərən milli komandada yaxşı oynamırsansa, o zaman “Qızıl top”u qazanmaq çox çətindir. Ona görə də indi xaricdə oynayan oğlanlarımızın şansı Ukraynadakılardan daha çoxdur”, – Bloxin bildirib.
Xatırladaq ki, Bloxin 1975-ci ildə “Qızıl top”u qazanıb.
Aut.az
