Dünya futbolu

Əfsanə yerlipərəstlik etdi, “Qızıl top”u ona “verdi” – VİDEO

Braziliya futbolunun əfsanəsi Romario “Qızıl top” mükafatı üçün favoritini açıqlayıb.

Aut.az xəbər verir ki, dünya çempionu üstünlüyü öz həmyerlisinə verib.

“Hal-hazırda Rafinyanı seçərdim. Çünki dediyim kimi, o, çoxlu qollar vurdu. Bunlar da vacib qollardı. Təkcə karyerası üçün deyil, “Barselona” və Braziliya millisi üçün də vacib qollardı.

Mən də Rafinhaya üstünlük verərdim, çünki o, braziliyalıdır”, – Romario deyib.

Aut.az