Dünya futbolu

Qəti qərar verdi: Premyer Liqaya gedir

“Sportinq”in və İsveç millisinin hücumçusu Viktor Qyökereş növbəti klubu ilə bağlı qərar verib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavoleri məlumat verib.

Mənbənin məlumatına görə, forvard Londonun “Arsenal” klubuna keçməyə şifahi razılıq verib. “Topçular” artıq futbolçunun agentləri ilə danışıqlara başlayıb.

2024/25 mövsümündə Viktor Qyökeres “Sportinq”in heyətində 52 matçda 54 qol vurub və 13 məhsuldar ötürmə edib. İsveçli “Qızıl buts” uğrunda yarışda onu 3,5 xal qabaqlayan “Real Madrid”in hücumçusu Kilian Mbappeyə uduzub.

Aut.az