Dünya futbolu

Enrike “Qızıl top”u ona verdi: Səbəbini də izah etdi

Luis Enrike finaldakı oyununa görə “Qızıl top”un Usman Dembeleyə verilməli olduğunu deyib.

Aut.az xəbər verir ki, Enrike bu barədə mətbuat konfransında danışıb.

PSJ turnirin finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olub.

“Hər kəs mənim “Qızıl top”u kimə verəcəyimlə maraqlanır. Usmane Dembelenin bu finalda müdafiədə gördüyü işə görə “Qızıl Top”u ona verərdim. Buna komandaya rəhbərlik deyilir.

Mən həqiqətən inanıram ki, o, şübhəsiz ki, bu mükafata təkcə qazandığı titullara və ya vurduğu qollara görə deyil, həm də təzyiq göstərməsinə görə layiqdir. O, bütün mövsüm bunu bacardı, lakin bu finalda sadəcə heyrətamiz idi”, – PSJ-nin baş məşqçisi bildirib.

Aut.az