“Barsa”dan ayrılır? – Özü açıqladı
“Barselona”nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen Kataloniya klubunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Aut.az xəbər verir ki, jurnalist Kerri Hou “X” sosial şəbəkəsində ter Stegendən sitat gətirib.
“Mənimlə heç kim danışmadı. Bilirəm ki, gələn il “Barselona”da olacam. “Barsa” ən böyük klublardan biridir, rəqabət normaldır. Mənim üçün vəziyyət dəyişməyəcək. Gələn mövsümü çox gənc, dinamik və ac bir komanda ilə gözləyirəm”, – ter Stegen bildirib.
Alman futbolçu 2014-cü ilin yayından “blauqrana”da çıxış edir. “Barselona” ilə Ter Stegen altı dəfə İspaniya çempionu olub, eyni sayda İspaniya kubokunu qazanıb, dörd dəfə İspaniya Superkubokunu qazanıb, həmçinin Çempionlar Liqasının qalibi olub.
Aut.az
